banner
banner

İdman

Daniel Rikkardo "Formula 1"də komandasını dəyişdi - RƏSMİ

Daniel Rikkardo "Formula 1"də komandasını dəyişdi - RƏSMİ

"McLaren" "Renault" ilə müqaviləsi başa çatan avstraliyalı pilot Daniel Rikkardo ilə uzunmüddətli sözləşmə imzalayıb.

"Report"un "Formula 1"in rəsmi saytına istinadən məlumatına görə, Britaniya komandası həmçinin ispaniyalı sürücüsü Karlos Saynsla yollarını ayıracağını təsdiqləyib.

K.Saynsı "McLaren"də məhz D.Rikkardo əvəzləyəcək.

İspan pilotun isə "Ferrari" ilə anlaşdığı iddia olunur. Bir müddət öncə Sebastyan Fettellə əməkdaşlığa son qoyan İtaliya komandasının günün ikinci yarısında Saynsın keçidini rəsmən açıqlayacağı gözlənilir.

Bundan başqa, "McLaren" bu gün digər pilotu Lando Norrisin ardıcıl 3-cü il komandada qalacağını açıqlayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.