banner
banner

İdman

Aleksander Çeferin: "İslahatlar aparmağı düşünmürük"

Aleksander Çeferin: "İslahatlar aparmağı düşünmürük"

UEFA maliyyə feyr-pleyi qaydalarında islahatlar aparmağı düşünmür.

"Report" xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksander Çeferin "The Guardian" nəşrinə açıqlamasında bildirib.

Sloveniyalı funksioner həmişə qaydaları necə inkişaf etdirmək üzərində düşündüklərini qeyd edib.

Çeferin lazım gəldikdə yeni zamana uyğunlaşacaqlarını qeyd edib:

"Maliyyə feyr-pleyinin inkişaf etdirilməsini düşünür, müasirləşmək istəyirik. Rəqabətədavamlı bir tarazlıq üçün mümkündürsə, "lüks vergi"ni nəzərdən keçiririk. Çox fikir var, amma bu çətin günlərdə baş verəcək dəyişikliklər barədə düşünməyimizi dayandırdıq. Gəmimizi doğru yönə istiqamətləndirdik. Hər şey sakitləşdikdən sonra köhnə problemlərə qayıdarıq".

Qeyd edək ki, daha öncə UEFA-nın koronavirus pandemiyasına görə maliyyə feyr-pleyi qaydalarını ikiqat yumşaltmaq istədiyi yazılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.