banner
banner

İdman

Kriştianu Ronaldu sabiq komandalarından birinə keçə bilər

Kriştianu Ronaldu sabiq komandalarından birinə keçə bilər

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun mövsümün sonunda İtaliya "Yuventus"undan gedəcəyi ilə bağlı daha bir iddia üzə çıxıb. 

35 yaşlı hücumçu Turin təmsilçisindən ayrılmaq niyyətindədir. O, mövsüm bitəndən sonra rəhbərliklə görüşərək, komandadan ayrılacaq. 

Ronaldunu heyətinə qatmaq istəyən klublar da bəllidir. Ulduz futbolçunun sabiq komandaları İngiltərə "Mançester Yunayted"i və ya İspaniya "Real Madrid"inə qayıtma ehtimalının yüksək olduğu irəli sürülüb.

Belə olacağı təqdirdə Fransanın PSJ klubunun da ulduz futbolçu üçün mübarizə aparacağı deyilir. 

Qeyd edək ki, Kriştianu Ronaldu 2018-ci ilin yayında 117 min avro qarşılığında İspaniyanın "Real Madrid" klubundan "Yuventus"a keçib. Portuqaliyalı forvardın müqaviləsi 2022-ci ildə başa çatır. Ronaldu cari mövsüm 32 oyunda meydanda olub, 25 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. 
(Report.az)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.