banner
banner

İdman

“Barselona” Messinin maaşını azaldır

“Barselona” Messinin maaşını azaldır

“Barselona” Lionel Messinin maaşını azaldır.

Qol.az-ın xəbərinə görə, bu haqda “El Chiringuito TV” məlumat yayıb. Bildirilir ki, klub prezidenti Jozep Bartomeu yaxın günlərdə kapitanının maaşında ixtisar etməli olacaq. Belə bir qərar hazırkı müqavilədə yer alan bəndə görə veriləcək.

Qeyd edək ki, Messinin “Barselona”da aylıq qazancı 8,3 milyon avro təşkil edir.

Xatırladaq ki, 33 yaşlı argentinalı hücumşunun klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. İspaniya mətbuatında yer alan xəbərlərə görə, bundan sonra Messi komandanı tərk edəcək. Digər iddialara görə, kapitanla klubun hazırkı prezidenti Jozep Bartomeunun münasibətlərində möhkəm soyuqluq yaranıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.