banner
banner

İdman

“Atalanta” "Bolonya"nı məğlub edib

“Atalanta” "Bolonya"nı məğlub edib

İtaliya çempionatının 35-ci turunun matçında “Atalanta” "Bolonya"ya 1:0 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, görüş Berqamoda "Atleti Adzurri" stadionunda olub.

Matçda yeganə qol ikinci hissənin ortalarında vurulub - 62-ci dəqiqədə Luis Murel fərqlənib.

"Atalanta" 74 xal yığaraq İtaliya milli çempionatının yarış cədvəlində ikinci yerə yüksəlib. "Bolonya" 43 xalla onuncu yerdə qərarlaşıb.

Yarışın lideri Turin "Yuventus"udur. Komandanın 80 xalı var.

"Atalanta" növbəti turda səfərdə "Milan"la qarşılaşacaq. "Bolonya" evdə "Leççe" ilə oynayacaq. Matçlar 24 iyulda keçiriləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.