banner
banner

İdman

Ronaldu "Yuventus"da ikinci mövsümə yekun vurub

Ronaldu "Yuventus"da ikinci mövsümə yekun vurub

Turin "Yuventus"unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu komandanın heyətində İtaliya çempionatında ikinci mövsümün tamamlanmasından sonra sosial şəbəkələrdə fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, hücumçu çempionluq uğrunda növbəti mübarizəni davam etdirməyin zəruriliyini vurğulayıb.

"Yuventus"la A Seriyasının doqquz titulundan son ikisini udmağa xoşbəxtəm! Bu, kiməsə asan görünəcək, amma belə deyil! İlbəil istedadla, sədaqətlə və çalışqan işlə siz öz hədəflərinizə nail ola və əvvəlkindən daha yaxşı ola biləcəksiniz! Üçüncü çempionluq uğrunda irəli!", - deyə, Ronaldu "İtaliya Çempionları" və "31 qol" həştəqi ilə özünün "Instagram"dakı hesabında yazıb.

Xatırladaq ki, A Seriyası mövsümünün nəticəsinə görə "Yuventus" İtaliya çempionu olub. Bu, ardıcıl (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020) doqquzuncu qələbədir. 35 yaşlı Kriştianu Ronaldu üçün bu, A Seriyasının ardıcıl ikinci, "Yuventus"un heyətində isə üçüncü ardıcıl nailiyyətdir. çünki 2018-ci ildə o həmçinin İtaliya Super Kubokunun qalibi olub.

Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.