banner
banner

İdman

Çempionlar Liqası: Bu gün "Qarabağ" üçün potensial rəqib müəyyənləşəcək

Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. 

"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 14:00-da atılacaq püşk nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın da potensil rəqibləri bəlli olacaq. 

Ağdam təmsilçisi Şimali Makedoniyanın "Sileks" klubunu keçəcəyi təqdirdə, II təsnifat mərhələsində də səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda da nisbətən münasib rəqiblə üz-üzə gələcək. 

Artıq UEFA komandaları qruplara bölərək, potensial rəqiblər siyahısını azaldıb:

Çempionlar Liqası, II təsnifat mərhələsi

Çempionlar yolu

1-ci qrup

Səpələnmişlər: "Seltik" (Şotlandiya) - KR (Reykyavik, İslandiya) cütü, "Dinamo" (Zaqreb, Xorvatiya), "Yanq Boyz" (İsveçrə)

Səpələnməmişlər: "Floriana" (Malta) - ÇFR (Kluj, Rumıniya) cütü, "Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç) cütü, "Kİ (Klaksvik, Farer adaları) - "Slovan" (Bratislava, Slovakiya) cütü

2-ci qrup

Səpələnmişlər: "Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, "Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya) cütü, "Molde" (Norveç) - "KuPS" (Finlandiya) cütü

Səpələnməmişlər: "Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya) cütü, "Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva) cütü, "Ararat-Armenia" (Ermənistan) - "Omoniya" (Kipr) cütü

3-cü qrup

Səpələnmişlər: "Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan) cütü, "Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq) cütü, "Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya)

Səpələnməmişlər: "Midtüllann" (Danimarka), "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütü, "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) cütü, "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütü

Liqa yolu

Səpələnmişlər: "Beşiktaş" (Türkiyə), "Viktoriya" (Çexiya), “Rapid” (Vyana, Avstriya)

Səpələnməmişlər: PAOK (Yunanıstan), AZ (Niderland), "Lokomotiv" (Zaqreb, Xorvatiya)

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqust, II mərhələnin matçları isə 25-26 avqustda gerçəkləşəcək. Pley-offa qədər bütün raundlar bir oyundan ibarət olacaq. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.