banner
banner

İdman

Barselona"nın baş məşqçisi qovuldu

Barselona"nın baş məşqçisi qovuldu
Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib. "Setyen işindən azad olundu" deyə o vurğulayıb. 61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər. Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.