banner
banner

İdman

La Liqa mövsümünün başlanması təxirə salınıb

La Liqa mövsümünün başlanması təxirə salınıb

İspaniya çempionatında yeni mövsümün startı təxirə salınıb.

Bu barədə "Report" "Futbol Espana"ya istinadən xəbər verir.

Qeyd edilir ki, La Liqanın yeni mövsümünün sentyabrın 11-ə planlaşdırılan ilk matçı “Qranada” ilə “Atletik” arasında olmalı idi. Ancaq bu tarix İspaniya Krallığı Futbol Federasiyasını qane etməyib, federasiya apelyasiya verərək onu udub. Xatırladaq ki, La Liqanın prezidenti Xavyer Tebas matçların çərşənbə axşamı və cümə günü keçirilməsində maraqlıdır, lakin bu, federasiya tərəfindən dəstəklənmir.

“Qranada” – “Atletik" matçı sentyabrın 12-ə, “Alaves” – “Betis” oyunu isə ayın 13-ə təxirə salınıb.

Qeyd edək ki, İspaniya Futbol Federasiyası 2020/2021 mövsümündə La Liqa və Sequndada tətbiq olunacaq yeni qaydaları açıqlayıb. Hər iki liqada oyun ərzində 5 əvəzetmədən istifadə ediləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.