İranın paytaxtı Tehran şəhərində yeni növ koronavirus (COVID-19) pandemiyasının üçüncü dalğası başlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranda koronavirusa qarşı qərargahın rəhbəri Əli Rza Zali deyib.
Onun sözlərinə görə, son günlərin statistikası göstərir ki, Tehranda artıq üçüncü dalğa başlayıb.
“Biz Tehranda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə məhdudiyyətlərin bərpa edilməsi üçün qərargah adından Səhiyyə nazirinə məktub göndərmişik”, - deyə, Əli Rza Zali qeyd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.