banner
banner

Dünya

Mixeil Saakaşvilini Afinada döyüblər

Mixeil Saakaşvilini Afinada döyüblər

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Yunanıstan paytaxtı Afinada döyüblər.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, o, Yunanıstan paytaxtında gürcü mühacirlərlə görüşə gəlib. Tədbir keçirilən binanın qarşısında naməlum bir gənc ona hücum edib və kəllə nahiyəsinə bir neçə yumruq vurub. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.

O, bütün bunlara baxmayaraq mühacir həmvətənlərilə görüşərək siyasi planları barədə onları məlumatlandırıb.

Qeyd edək ki, M.Saakaşvili 2020-ci ilin may ayından Ukrayna Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin başçısıdır. Onun fiziki təzyiqə məruz qalması səbəblərindən birinin Azərbaycanla bağlı olduğu ehtimal edilir. M.Saakaşvili çıxışında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Yunanıstanla Ermənistan Dağlıq Qarabağın işğal olunmasında eyni mövqedən çıxış etdikləri üçün hadisəni ermənilərin, yaxud onları dəstəkləyən yunanların törətdiyi istisna edilmir. Polisin hadisə yerinə gec gəlməsi və müdaxilə etməməsi döyülmənin əvvəlcədən qurulduğu ehtimalını artırır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.