banner
banner

İdman

Çempionlar Liqası: "Bavariya" və "Real Madrid"in səfər sınağı

Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək. Turnirin son qalibi Almaniya "Bavariya"sı Moskvada Rusiyanın "Lokomotiv" komandasının qonağı olacaq. A qrupunun digər görüşündə "Atletiko" İspaniyada Avstriya "Zaltsburq"unu qəbul edəcək.

İlk turda məğlub olan İspaniyanın "Real Madrid" komandası Almaniyada Mönhenqladbax “Borussiya”sı ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Ukraynada "Şaxtyor"la qarşılaşacaq.

Çempionlar Liqası
II tur
27 oktyabr

A qrupu
21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Bavariya” (Almaniya)
24:00. “Atletiko” (İspaniya) – “Zaltsburq” (Avstriya)

Xal durumu: “Bavariya” - 3, “Lokomotiv” - 1, “Zaltsburq” - 1, “Atletiko” - 0

B qrupu
21:55. “Şaxtyor” (Donetsk, Ukrayna) – “İnter” (İtaliya)
24:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Şaxtyor” - 3, “Borussiya” - 1, “İnter” - 1, “Real Madrid” - 0

C qrupu
24:00. “Portu” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan)
24:00. “Marsel” (Fransa) – “Mançester Siti” (İngiltərə)

Xal durumu: “Mançester Siti” - 3, “Olimpiakos” - 3, “Portu” - 0, “Marsel” - 0

D qrupu
24:00. “Liverpul” (İngiltərə) – “Midtüllann” (Danimarka)
24:00. “Atalanta” (İtaliya) – “Ayaks” (Niderland)

Xal durumu: “Atalanta” - 3, “Liverpul” - 3, “Ayaks” - 0, “Midtüllann” - 0



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.