Pandemiya ilə əlaqədar Təbriz şəhərinə nəqliyyatın giriş-çıxışı qadağan edilib.
APA-nın Tehran bürosunun məlumatına görə, Şərqi Azərbaycan vilayətinin qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlyar Rastqu dünəndən etibarən 4 gün ərzində Təbriz şəhərinə giriş-çıxış məhdudiyyətinin tətbiq olunduğunu açıqlayıb.
Ə. Rastqu vilayətin 10 şəhərində kəskin pandemiya şəraitinin hökm sürdüyünü vurğulayıb. O qeyd edib ki, Azərşəhr, Culfa, Çaroymaq, Əcəbşir, Marağa, Mərənd, Əhər, Şəbistər, Bunab və Miyana rayonlarında iki, üç və dördüncü peşə qruplarının fəaliyyətinə 10 gün müddətinə qadağa qoyulub: “Həmin dövrdə Təbriz şəhərində üç və dördüncü kateqoriya peşə qruplarına məhdudiyyətlər tətbiq olunacaq və bu məhdudiyyətlər Təbrizdə və digər şəhərlərdə uzadıla bilər”.
Onun sözlərinə görə, qanunu pozanların barəsində qanunvericiliyə uyğun tədbir götürüləcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.