banner
banner

Dünya

“The Washington Post”: “ Tramp məğlubiyyətini etiraf etməyəcək”

“The Washington Post”:

Ailəsi onu sona qədər mübarizə aparmağa səsləyir

Donald Trampın ətrafı ona prezident seçkilərində məğlubiyyətə hazırlaşmağı məsləhət görüb. Bu barədə özəl mənbələrə istinadən “The Washington Post” məlumat yayıb. Son iki gündə prezidentin müşavirləri onunla seçkilərdə məğlub olma perspektivini və belə bir nəticə çıxacağı təqdirdə necə davranmalı olduğunu müzakirə ediblər. Nəşr yazır ki, Trampın ətrafındakılardan bəziləri onun açıq bəyanatlar verməsinin tərəfdarıdırlar və Baydenin prezident seçkilərində qalib elan ediləcəyi təqdirdə iqtidarın dinc şəkildə ötürülmsəini məsləhət görürlər.

Qəzet qeyd edir ki, Tramp uduzsa, ənənəvi formatda “nəcib və xoş təəssürat yaradan bir çıxış” edərək məğlubiyyətlə barışmayacaq. Nəşr belə bir çıxışın hazırlanmasının müzakirə olunmadığını iddia edir.

“The Washington Post” yazır: "Məğlub olarsa, Tramp son günlərdəki kimi səslərin oğurlandığını iddia edəcək".

Qəzetin verdiyi məlumata görə, seçki günündən sonra prezident çətin bir döyüşlə üzləşdiyini etiraf etdi. Prezidentin ətrafı iki düşərgəyə bölündü. Tramp və ailəsi hələ də prezident seçkisini qazanacağına ümid edir və mübarizənin davam etdirilməsinin lazım olduğuna inanır. Tərəfdaşlarından və Respublikaçı Partiyası üzvülərindən ibarət ikinci qrup isə "prezidentlik demək olar ki, sürüşüb əldən çıxdı" fikrindədirlər.

Ancaq Baydenin qələbəsinin əvvəldən gözlənilən bir nəticə olduğunu düşünənlər bu xəbəri Trampa necə çatdıracaqlarını bilmirlər.

Noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Qalib müəyyən edilməyib - bəzi əyalətlər hələ səsvermənin nəticələrini yekunlaşdırmaqdadırlar. Məsələn, Nevada ştatında səslərin sayılması noyabrın 11-dək davam edəcək. Televiziya kanalları bildirir ki, Cozef Bayden Donald Trampla müqayisədə xeyli (264-214) irəlidədir.

Bir gün əvvəl Bayden iki önəmli ştatda- Corciya və Pensilvaniyada irəli çıxdı. 4 noyabr gecəsi Trump özünü prezidentlik yarışında qalib elan etdi və eyni zamanda rəqibini "seçkiləri oğurlamaq" cəhdində günahlandırdı. Səslərin sayılmasının dayandırılmasını tələb etdi, çünki hazırkı prezident seçki günündən sonra poçt üzərindən alınan bülletenləri qanunsuz hesab edir.

Elbəyi Həsənli, Sürix

https://www.washingtonpost.com/gdpr-consent/?next_url=https%3a%2f%2fwww.washingtonpost.com%2fpolitics%2ftrump-defeat-concession%2f2020%2f11%2f06%2f5a6bab66-2048-11eb-b532-05c751cd5dc2_story.html 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.