banner
banner

İdman

Serxio Ramos zədələnib

Serxio Ramos zədələnib

İspaniya milli komandasının və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos zədələnib.

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi Almaniya ilə hazırda davam edən UEFA Millətlər Liqasının VI tur matçının 42-ci dəqiqəsində sağ baldırının arxa ətrafından xəsarət alıb. Nəticədə kapitan meydanı tərk edib və yerini Erik Qarsiyaya verib.

Bu, Ramosun yığmada 178-ci oyunu olub. Təcrübəli futbolçu sözügedən göstəricidə Küveyt millisinin sabiq hücumçusu Bader əl-Mutvaya çatıb. O, yalnız omanlı Əhməd Mübarəkə (179 oyun) və misirli Əhməd Həssənə (184 oyun) uduzur.

Qeyd edək ki, hazırda İspaniya Almaniyanı 5:0 hesabı ilə məğlub edir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.