ÜST-ün Rusiyadakı nümayəndəsi: "COVID-19 heç vaxt yox olmayacaq"
Koronavirus pandemiyasının yaxın aylarda bitəcəyinə ümid bəsləməyə dəyməz.
AZƏRTAC xəbər verir ki, bu fikri TASS agentliyinə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya nümayəndəliyinin rəhbəri Melita Vuynoviç söyləyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısını almaq üçün hələ uzun yol keçilməlidir. Yalnız bir müddətdən sonra tətbiq olunacaq peyvənddən istifadə nəticəsində immunitet səviyyəsi yetəri səviyyəyə qalxdığı halda pandemiyanın bitdiyini elan etmək olar. M.Vuynoviç xəbərdarlıq edib ki, COVID-19 heç vaxt yox olmayacaq və digər viruslar kimi həmişəlik bizimlə qalacaq. “Biz onunla yaşamağı öyrənməli və virusun həyatımızı idarə etməsinə yol verməməliyik”, - deyə o bildirib.
ÜST-ün nümayəndəsi rusiyalılara Yeni il bayramlarını evdə keçirməyi tövsiyə edib. M.Vuynoviçin fikrincə, əyləncəli tədbirlərdə isə yalnız sosial məsafəni gözləməklə iştirak etmək olar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.