banner
banner

Dünya

İranda daşqın: 7 nəfər ölüb, 950 nəfər yaralanıb

İranda daşqın:

İranın cənubunda baş verən daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 950 nəfər xəsarət alıb.

“Report” İRİB-yə istinadən xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2 nəfər Buşəhr əyalətində, 5 nəfər isə Hürmüzqan əyalətində təbii fəlakətin qurbanı olub. 950 nəfər xəsarət alıb, 40 nəfər təxliyə edilib.

Məlumata görə, son günlər Xuzistan, Fars, Buşehr və Hürmüzqan əyalətlərinə leysan yağışı yağıb.

Qeyd edək ki, bu ilin aprelində İranda baş verən daşqınlar nəticəsində 20-dən çox insan ölmüşdü.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.