banner
banner

İdman

Zlatan İbrahimoviç: "Yorulmuşam, artıq çətinliklə dayanıram"

Zlatan İbrahimoviç:

“Artıq İsveçdə yaşayan ailəmin yanında olmaq istəyirəm. Onlardan ötrü çox darıxıram”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç deyib.

39 yaşlı futbolçu İtaliya mətbuatına açıqlamasında karyerasını bitirmək istədiyini etiraf edib: “Yorulmuşam, artıq çətinliklə dayanıram. Baş məşqçimiz Stefano Pioli mənə deyir ki, İsveçdə 2 uşağın var, burada 25 övladın var, onlar sənə ehtiyac duyurlar. O, məni bu sözlərlə fikrimdən daşındırır”.

Superulduzun əlavə edib ki, nə qədər istedadlı olursan-ol, mütləq çalışmalısan: “İstedad inkişaf etdirməklə faydalı olar. Hər zaman dayanmadan çalışmaq lazımdır. Fədakarlığı göz önünə gətirməli, hər gün saatlarla məşq etməlisən. Əks təqdirdə 90 dəqiqə ərzində gördüyün işin heç bir önəmi qalmaz”.

Zlatan karyerasını nə zaman bitirəcəyi ilə bağlı məsələyə də toxunub. O, hələ də qərarını vermədiyini söyləyib: “Milan”da özümü evimdəki kimi hiss edirəm. Burada nə qədər qalacağımı bilmirəm, həyat davam edir. Bu barədə tək başıma qərar verəcək qədər böyük eqoya sahib deyiləm. Ailəm hər şeydən önəmlidir. İtaliyada İsveçdən çox yaşamışam, burada hər şeyi sevirəm”.

Qeyd edək ki, hazırda zədədən əziyyət çəkən Zlatan İbrahimoviç bu mövsüm A seriyasında 10 qol, 1 assistlə yadda qalıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.