BMT: “Pandemiyaya görə dünyada miqrantların sayı 2 milyon azalıb”
BMT koronavirus pandemiyası səbəbindən dünyada miqrantların sayında əhəmiyyətli dərəcədə azalma olduğunu təsbit edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə dünyanın ən universal təşkilatının xüsusi məruzəsində qeyd olunub.
BMT ekspertlərinin rəyinə əsasən, beynəlxalq miqrantların sayında azalma əsasən ölkələrin öz sərhədlərini qapatması ilə əlaqədardır.
Məruzənin əsas tərtibatçısı, təşkilatın İqtisadi və sosial məsələlər üzrə departamentinin Əhali məskunlaşması bölməsinin mütəxəssisi Kler Menotsi keçirdiyi mətbuat konfransında əvvəllər 2019-cu ilin ortasından 2020-ci ilin ilk altı ayına qədər miqrantların sayının 7-8 milyona qədər artacağını proqnozlaşdırdıqlarını bildirib.
Lakin “COVİD-19” fəlakətinin bütün Yer kürəsini əhatə etməsi ilə bağlı olaraq, dövlətlərin xarici səyahətlərə qoyduğu effektiv məhdudiyyətlər sayəsində 2020-ci ilin martından sonrakı 4 ayda miqrantların sayında heç bir artım qeydə alınmayıb.
Həmin vaxtdan bu yana beynəlxalq mühacirlərin statistikasında 27%-lik azalma müşahidə olunub. Məskunlaşma bölməsinin direktoru Con Uilmot isə 2020-ci ilin avqustundan bu yana 219 ölkədə beynəlxalq səyahətlərə 80 mindən çox adda məhdudiyyət gətirildiyini söyləyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.