İtaliyanın "Yuventus" klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu karyera ərzində qolların sayında görə dünya rekorduna imza atıb.
Trend-in məlumatına görə, ötən gün İtaliya Super Kubokunun finalı çərçivəsində "Napoli"yə qarşı baş tutan matçda 760-cı qolunu vuran K.Ronaldu bu göstəricidə dünya sıralamasında birinci pilləyə yüksəlib.
Portuqaliyalı futbolçu karyerası ərzində 759 qol vuran Çexoslovakiyanın hücumçusu Yosef Bitsanın rekordu qırıb.
Xatırladaq ki, yanvarın 3-ü K.Ronaldu bu göstəricidə Peleni üstələmişi. Pele karyerası ərzində 757 qol vurub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb