banner
banner

İdman

Azərbaycan idmanına ağır itki baş verdi

Azərbaycan idmanına ağır itki baş verdi

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.
Azərbaycan Tibb Universitetindən Qaynarinfo-ya verilən məlumata görə, o, 85 yaşında vəfat edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub. Kamal Kəbirlinskinin həndbol, üzgüçülük, basketbol, stolüstü tennis, badminton, gimnastika, voleybol və digər idman növləri ilə bağlı çox sayda elmi məqaləsi dərc edilib. Kamal Əkbər oğlu Kəbirlinski 1959-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutu bitirib. 1959-cu ildən Azərbaycan Tibb Universitetinin bədən tərbiyəsi kafedrasınınbaş laborant vəzifəsində çalışırdı. 1969-cu ildən ATU-nun Bədən tərbiyəsi və idman kafedrasının müdiri vəzifəsini tutub. Əməkdar idman ustası, bədən tərbiyəsi xadimi, SSRİ məkanında ilk dəfə həndbol üzrə elmlər namizədi dərəcəsi almış, uzun illər həndbol federasiya prezidenti vəzifəsində çalışan Kamal Kəbirlinski əslən Ağcabədi rayonundandır. Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.