banner
banner

Dünya

Çində BBC-nin yayımı dayandırılır

Çində BBC-nin yayımı dayandırılır

Çin Dövlət Radio və Televiziya Administrasiyası ölkədə BBC-nin yayımının dayandırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, administrasiya öz qərarını BBC-nin Çin ilə bağlı məsələlərdə ciddi məzmun pozuntularına yol verməsi ilə əlaqələndirib. Qurum bəyan edib ki, "BBC World News" reportajların obyektiv və qərəzsiz olmasını, habelə Çinin milli maraqlarına və etnik həmrəyliyinə uyğun olmasını tələb edən əcnəbi teleradio kanallarının yayımı haqqında qaydaları pozub. Bütün bunlar nəzərə alınaraq "BBC World News" kanalının Çin ərazisində fəaliyyətini davam etdirməsinə icazə verilməyib. Çin Dövlət Radio və Televiziya Administrasiyası növbəti il üçün kanalın yayım müraciətini qəbul etməyəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniyanın teleradio tənzimləyici qurumu olan OFCOM Çin Mərkəzi Televiziyasının ingilis dilindəki CGTN kanalının lisenziyasını tələblərə cavab vermədiyi üçün ləğv edib. Qurum mövqeyinə görə, kanalın redaksiya siyasətinə şirkət deyil, Çin Kommunist Partiyası rəhbərlik edir. Britaniya qanunları isə yayım lisenziyası olan kanalın heç bir siyasi qurum tərəfindən idarə olunmamasını tələb edir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.