banner
banner

Dünya

Türkiyədə DƏHŞƏTLİ OLAY: Xeyli sayda ÖLÜ VƏ YARALI VAR

Türkiyədə DƏHŞƏTLİ OLAY:

Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində dəhşətli hadisə baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, magistral yolun Konyanın Karapınar qəsəbəsindən keçən hissəsində yol qəzası olub. Belə ki, ağırtonnajlı yük maşını (TIR) yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəzanı görən digər minik avtomobilinin sürücüsü maşını saxlayaraq TIR-ın sürücüsünə kömək etmək istəyib, lakin avtomobilin arxasından gələn sərnişin avtobusu ona çırpılıb. Nəticədə isə bu iki maşın da - avtomobil və avtobus dərəyə yuvarlanıb.

Məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 38-i isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə çox sayda xilasedici və həkim briqadası cəlb edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.