banner
banner

Dünya

XƏBƏRDARLIQ: 65 ildən sonra ən soyuq hava gözlənilir

XƏBƏRDARLIQ:

Fevralın 23-də Moskvada mənfi 27 dərəcə temperatur gözlənilir.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu “Fobos” Hava Mərkəzinin mütəxəssisi Yevgeniy Tişkovets bildirib.

Bu, son 65 il ərzində qeydə alınan ən güclü şaxta olacaq.

Fevralın 23-də Moskvada gecə temperatur mənfi 25-27 dərəcəyə, Moskva vilayətində mənfi 25-30 dərəcəyə, şərq bölgələrində mənfi 33 dərəcəyə enəcək. Bu, uzun illər fevral ayında qeydə alınan temperaturdan 13-15 dərəcə aşağıdır.

Sonuncu dəfə Moskvada belə güclü şaxta 1956-cı ildə qeydə alınıb. Həmin vaxt 27,1 dərəcə mənfi temperatur olub. Moskvada bu sahədə rekord isə mənfi 30,5 dərəcə ilə 1945-ci ildə qeydə alınıb.//Azərforum.com

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.