İRƏVANA XƏBƏRDARLIQ: "Bu, faciəyə gətirib çıxara bilər..."
“Rusiya İrəvanda nə baş verməsindən asılı olmayaraq, Ermənistanın Qarabağa dair üçtərəfli razılaşmanın şərtlərinə əməl edəcəyinə inanır”.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Ermənistan rəhbərlərinin məsuliyyət hissinə çox ümidvarıq, yəni hadisələr necə olursa, olsun, ardıcıllığa riayət olunmalıdır. Həmin razılaşmaya zidd olan bütün addımlar, bütün hərəkətlər böyük faciəyə gətirib çıxara bilər, buna yol vermək olmaz”, - Rusiya rəsmisi qeyd edib.
V.Matviyenko həmçinin sözügedən razılaşma sayəsində Cənubi Qafqaza sabitlik gəldiyini də dilə gətirib: “Rusiya sülhməramlılarının yerləşdirilməsi regionda sabitlik, dinc həyata qayıdış üçün şərait yaratdı”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.