banner
banner

İdman

Şəhriyar Məmmədyarov: "Aronyanın ölkədən gedişində müharibədəki məğlubiyyətin də rolu var"

Şəhriyar Məmmədyarov:

"Mən peşəkar idmançı kimi Aronyanı başa düşürəm. Dünya çempionu olmağı arzulayır. Ermənistanda istədiyi dəstəyi almadığı üçün ABŞ-a gedir".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov feysbukda beynəlxalq qrossmeyster Vasif Durarbəylinin təqdimatında keçirilən canlı yayımda Ermənistan təmsilçisi Levon Aronyanın vətənini tərk etməsi barədə danışarkən deyib.

36 yaşlı qrossmeyster Aronyanın qərarında ölkəsinin 44 günlük müharibədə Azərbaycana məğlubiyyətinin də rol oynadığını bildirib: "Ermənilər çox məyus olublar. Aronyanın getməyində bunun da səbəbi var. Əslində bu addımın bizim üçün heç bir ziyanı yoxdur. Əksinə, Ermənistan şahmatda çox zəifləyəcək".

Qeyd edək ki, Levon Aronyan Ermənistanda şahmata istənilən səviyyədə dövlət qayğısı göstərilmədiyi üçün ABŞ-a köçməyə qərar verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.