Dövlət katibi Blinken: “ABŞ başqa ölkələrdə demokratiyanı zorla yeritməyəcək”
“ABŞ güc yolu ilə, rejimləri devirərək, hərbi müdaxilələlər həyata keçirərək başqa ölkələrə demokratiyanı yeritməyəcək”.
Bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken danışıb.
“Biz olduqca baha başa gələn hərbi müdaxilələrlə demokratiya yaya və ya zorla avtoritar rejimləri yıxa bilmərik. Biz daha öncələr bu taktikadan istifadə etdik. Bütün xoş niyyətlərə rəğmən həmin siyasət işləmədi”,-deyə o qeyd edib.
“Financial Times” qəzetinin xəbərinə əsasən, prezident Co Baydenin administrasiyası Donald Trampın izolyasionist və millətçi mövqelərindən fərqli xarici siyasi kurs götürəcək. Bayden dövründəki ABŞ dünyada lider mövqelərini qoruyub saxlamağa çalışmaqla bərabər, “başqa ölkələrin daxili işlərinə qarışan qlobal polis” imicindən qurtulmağa cəhd edəcək.
Xatırladaq ki, bu ilin fevral ayında Rusiyanın Vaşinqtondakı səfirliyi rəsmi Moskvanın Ağ Evə ölkələr arasında kontaktların qurulması məqsədilə sorğu göndərdiyini xəbər etmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.