Trampın toy tostu: "75 milyon səs almışdım, amma baş verənləri gördünüz"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp toy mərasimində iştirak edib və onu siyasi tədbirə çevirməyi bacarıb.
BBC-nin xəbərinə görə, alqışlar sədası altında mikrofonla danışan D.Trampın ilk sözləri belə olub: “Məndən ötrü darıxmamısınız?”.
Daha sonra isə keçmiş dövlət başçısı çıxışında ABŞ prezidenti Cozef Baydendən, İran və Çindən bəhs edib.
Ağ Evin sabiq rəhbəri həmçinin Meksika ilə sərhəddəki situasiya barədə danışıb, uduzduğu prezident seçkilərinə də toxunub.
“Mən ÇXR və İran haqqında bütün reportajları oxudum. Biz saziş bağlamağa da hazır idik, onlar da nəyi dediksə etməyə razı idilər. Budur, bir oğlan (Bayden) gəlir və bütün sanksiyaları götürür, sonra deyir ki, danışıqlara başlaya bilərik”,-deyə Donald Tramp rəqibini tənqid edib.
Onun sözlərinə görə, yeni administrasiyanın sərhəddə yaratdığı bərbad vəziyyət sayəsində oradakı insanlar əzab çəkir.
Daha sonra eks-prezident bir daha son seçkilərə qayıdıb və yenə də uduzmadığını iddia edib.
“Onlar deyirdilər ki, biz 66 milyon səs alacağıq və bununla seçkilər bitəcək. Nə oldu? Mən 75 milyon səs aldım və nə baş verdiyini özünüz gördünüz”,-deyə o bildirib
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.