banner
banner

Dünya

Dmitri Peskov: "Ölkədə demoqrafik vəziyyət çox pisdir"

Dmitri Peskov:

“Hazırda Rusiyada demoqrafiya sahəsində yaranmış mürəkkəb vəziyyəti düzəltmək mümkün deyil”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 31-də jurnalistlərə açıqlamasında bildirib.

“Bu istiqamətdə vəziyyət çox pisdir. Doğurdan da, demoqrafik çökəkdən çıxmaq, vəziyyətin, heç olmasa, bir az yaxşılaşması üçün atılan addımlar obyektiv səbəbdən heç bir nəticə vermir. Bütün hallarda demoqrafiya çox incə məsələdir. Rusiyanın müxtəlif regionlarında demoqrafik vəziyyətin dinamikası müxtəlifdir”, - mətbuat katibi deyib.

Qeyd edək ki, martın 30-da Rusiya baş nazirinin müavini Tatyana Qolikova ölkədə son on ildə 20-29 yaş arasında olan qadınların sayının 37,5 faiz azaldığını bildirmişdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.