banner
banner

Dünya

ÜST nümayəndəsi: "Peyvəndləmənin sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır"

ÜST nümayəndəsi:

Koronavirusa yoluxma sayının artdığı Avropada peyvəndləmə işlərinin sürətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun bugünkü açıqlamasında bildirilir.

“Həm müalicə edən, həm də yoluxmaların qarşısını çox səmərəli şəkildə alan peyvənd dərmanları pandemiyaya qarşı ən sərfəli vasitədir. Lakin peyvəndlərin tətbiqi çox ləng gedir. Peyvəndləmənin əhatəsi az olduqca biz cədvəlin pozulmasının əvəzini çıxmaq üçün əvvəllər istifadə etdiyimiz ictimai səhiyyə və sosial müdafiə tədbirlərinə əl atmalıyıq. Yəni biz istehsalı artıraraq, peyvəndlərin tətbiqindəki sədləri aşağı salaraq, ehtiyatda olan bütün qabları ortaya çıxararaq prosesi sürətləndirməliyik”, – Avropa Regional Bürosunun rəhbəri Hans Kluge bildirib.

Qeyd edək ki, indiyədək Avropada əhalinin cəmi 10 faizinə peyvəndin birinci dozası, 4 faizinə də hər iki dozası vurulub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.