Ukraynalı generaldanXƏBƏRDARLIQ: “Xarkov, Xerson və Nikolayevi də itirə bilərik”
Ukrayna Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsinin keçmiş rəisi, general-mayor Vasili Vovk ölkənin şərqindəki gərgin situasiyaya toxunub.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vovk Donetsk və Luqansk vilayətlərində başlaya biləcək hərbi əməliyyatların ölkənin daha ağır məğlubiyyətə düçar olmasına gətirib çıxara biləcəyini əlavə edib.
“Hamı anlayır ki, NATO olmadan biz müharibəni uda bilmərik. Birinci sual: NATO üzvü olsaq, NATO Rusiya ilə müharibəyə gedəcəkmi? Böyük sualdır. Çətin ki. Yəqin ki yox. İndi bizdə nə Krım var, nə də Donbasın bir hissəsi. Hamı da deyir ki, NATO-ya üzv olmalıyıq. Ərazi bütövlüyü olmayan ölkə NATO-ya üzv ola bilməz”- deyə Vovk deyib.
Xüsusi xidmət orqanlarının generalı Ukraynanın müharibə olarsa, Donetsk və Luqanskla yanaşı, Xarkov, Xerson və Nikolayev vilayətlərini də tam itirə biləcəyii düşünür.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.