banner
banner

Dünya

Tramp: "Koronavirusa qarşı vaksini “trampsin” adlandırmaq lazımdır"

Tramp:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Birləşmiş Ştatların COVID-19-a qarşı mübarizədə uğurlarını növbəti dəfə özünün xidməti adlandırıb.

AZƏRTAC xəbər verir ki, sabiq prezident Palm-Trampdakı “Four Seasons” kurortunda özünün 360 nəfər tərəfdarı qarşısında çıxışında koronavirusa qarşı vaksini “trampsin” adlandırmaq lazım olduğunu iddia edib.

CNN agentliyinin müxbiri Kevin Liptak həmin görüşün iştirakçılarından biri ilə söhbət zamanı bildirib ki, Tramp senatdakı çoxluğun lideri Mitç Makkonnelli təhqir edib, onu koronavirusa qarşı peyvəndləmə prosesinə lazımınca töhfə verməməkdə təqsirləndirib.

Tramp ilə Makkonnell arasında gərginlik artıq neçə aydır ki, davam edir. Makkonnell senatda Alyaskanı təmsil edən və ABŞ-ın keçmiş liderinə qarşı nifrətini gizlətməyən Liza Murkovskini dəstəkləyəndən sonra bu düşmənçilik daha da kəskinləşib. Doğrudur, Makkonnell Trampın impiçmenti lehinə səs verməmişdi, bununla belə çoxluğun lideri bildirib ki, Kapitolidə 5 nəfərin həlak olması ilə nəticələnmiş iğtişaşlara görə Tramp “praktiki və mənəvi məsuliyyət daşıyır”.

Mart ayının əvvəlində Tramp əsassız olaraq bəyan edirdi ki, amerikalılar vaksinin onlar üçün əlçatan olmasına görə ona borcludurlar.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.