Ermənistanın paytaxtı İrəvanda yerləşən “Qerasi” xəstəxanasında baş verən yanğın nəticəsində iki nəfər yaralanıb, ölənlər var.
“Report” “NEWS.am”a istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb.
Hadisə xəstəxananın 3-cü mərtəbəsində qeydə alınıb. 11 xəstə təxliyyə edilib.
Yanğın söndürülüb.


