banner
banner

İdman

"Messinin klubda qalacağından əminəm"

"Messinin klubda qalacağından əminəm"

"Barselona"nın prezidenti Joan Laporta "Atletik"lə İspaniya kubokunun final matçından (4:0) sonra komadanın qələbəsi və kapitan Lionel Messinin klubdakı gələcəyi haqda danışıb.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, 58 yaşlı rəhbər açıqlamasında deyib:

"Mükəmməl bir rəqibə qarşı əla final oyunu keçirdik. Ümid edirəm ki, bu, komandanın mənim prezidentliyim altında qazandığı uzun titullar seriyasında ilk kubokdur. Messi isə dünyanın ən yaxşısıdır. Klubla güclü bağı var. Əminəm ki, qalmaq istəyir və onu saxlamaq üçün əlimizdən gələni edəcəyik. Bu gün böyük bir komanda tərəfindən dəstəkləndiyini gördük. Uzun müddətdir ki, komanda kubok qaldırmırdı qeyd etmirdik. Kuman və komandası əla işlər görür. Mən onlar üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Messi ötən gecə keçirilən "Atletik"lə matçda dubl edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.