banner
banner

Dünya

ABŞ dövlət katibi Ukraynaya səfər edib

ABŞ dövlət katibi Ukraynaya səfər edib

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın paytaxtı Kiyevə gəlib.

“Report” xəbər verir ki, bu barədə "Strana" nəşri məlumat yayıb.

Səfərdə məqsəd Birləşmiş Ştatların Ukraynaya dəstəyini nümayiş etdirmək, həmçinin bir sıra məsələləri, o cümlədən Kiyevə silah tədarükünü müzakirə etməkdir.

Ukraynanın paytaxtına Blinkenlə birlikdə ötən həftə ABŞ Senatı tərəfindən Dövlət katibinin siyasi işlər üzrə müavini vəzifəsinə təsdiqlənmiş Viktoria Nuland da gəlib. ABŞ Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, səfərdə Dövlət katibini Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker də müşayiət edir.

Blinkenin səfəri çərçivəsində əsas tədbirlər bu günə planlaşdırılıb.

Səhər dövlət katibi Ukraynanın xarici işlər naziri ilə danışıqlar aparacaq, sonra ölkənin baş naziri ilə görüş keçirəcək. Bundan sonra ABŞ rəsmisinin prezident Volodimir Zelenski ilə görüşü planlaşdırılıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.