banner
banner

Dünya

Raket zərbəsi nəticəsində 6 israilli yaralanıb

Raket zərbəsi nəticəsində 6 israilli yaralanıb

İsrailin Aşkelon şəhərinə raket hücumu nəticəsində azı altı nəfər yaralanıb, bir binaya isə ziyan dəyib. Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd edək ki, HƏMAS bazar günü saat 6-ya kimi İsrailin Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah bölgələrindəki əsgərlərini geri çəkməsi üçün vaxt vermişdi. Bundan sonra Qəzza zolağından İsrailə 150-yə yaxın raket atılıb. Onların çoxu "Dəmir Günbəz" raketdən müdafiə sistemi tərəfindən havada vurulub.

Daha sonra HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam Briqadası", İsraili cavab zərbəsi ilə təhdid edərək əsgərlərini Əl-Əqsa məscidi ərazisindən geri çəkmək üçün iki saat da vaxt qoymuşdu.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.