banner
banner

Dünya

Boris Conson: “NATO inkişaf etməlidir”

Boris Conson: “NATO inkişaf etməlidir”

“NATO-nun modernləşdirilməsi ittifaqın gələcək nəsillər üçün qlobal təhlükəsizliyin təməli olaraq qalmasına imkan verəcəkdir”.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Brüsseldəki sammiti ərəfəsində Böyük Britaniyanın baş naziri Boris Consonun dəftərxanasının yaydığı bəyanatda qeyd olunub.

Baş nazir bildirib ki, NATO hər gün təhlükəsizliyini qoruduğu milyardlarla insanlara və ortaya çıxan təhdidlərə qarşı görə inkişaf etməli, yeni çağırışlara uyğunlaşmalıdır:

“Bu, NATO-nun gələcək nəsillər üçün qlobal təhlükəsizliyin təməl daşı olaraq qalmasını təmin edir. COVID-19 pandemiyasından xilas olduğumuz bir dövrdə möhkəm təmələ ehtiyacımız var”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.