banner
banner

Dünya

ÜST: Kütləvi tədbirlər pandemiyanı gücləndirir

ÜST:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Delta“ ştamının sürətlə yayılmasına Avropada laqeyd münasibətdən narahatlıq ifadə edib. İnsanların böyük bir qisminin hələ tam peyvəndlənmədiyi halda Avropada artıq böyük idman tədbirləri və kütləvi mərasimlərə start verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq qurumun aparıcı koronavirus eksperti Maria Van Kerhove danışıb.

O bildirib ki, kütləvi tədbirlər öz təsirlərini tezliklə göstərəcək və artıq belə tədbirlərdə yoluxma hallarının baş verməsi barədə məlumatlar var.

M.Van Kerkhove bildirib ki, “Delta“ variantı təhlükəli virusdur və yüksək yoluxuculuq təhlükəsinə malikdir. Səhiyyə tədbirləri, vaksinasiya və müalicə bu varianta qarşı səmərəli mübarizəyə imkan verməsinə baxmayaraq, tezliklə yeni mutasiyaların meydana gəlməsi ilə epidemioloji gedişatda elə bir mərhələ yarana bilər ki, bütün bu tədbirlərin təsiri yetərsiz olsun.

Epidemioloq bildirib ki, hazırda Avropada infeksiya hallarının azalması və məhdudiyyətlərin aradan qaldırılması fonunda insanlar yeni azadlıqlarla ehtiyatla rəftar etməlidirlər.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.