ABŞ-dan Moskvaya daha bir zərbə - artıq rusiyalılara viza yoxdur
ABŞ-ın Rusiyadakı səfirliyi bu il avqustun 1-dən etibarən viza verilməsini dayandıracaq.
Buna əsas səbəb Kremlin Birləşmiş Ştatları “qeyri-dost ölkələr” sırasına daxil etməsidir.
Bu həm də ABŞ-ın diplomatik nümayəndəliklərində Rusiya vətəndaşlarının çalışması qadağasını da gətirəcək.
Bunu Birləşmiş Ştatların Ruisyadakı səfiri Con Sallivan da “Dojd” kanalına verdiyi müsahibədə təsdiqləyib. Onun sözlərinə görə, avqustdan etibarən səfirliyin personalı da azaldılacaq. Üstəlik, burada konsulluq xidmətlərinin göstərilməsi də dayandırılacaq.
“Bu, iki ölkə arasındakı münasibətlər nöqtey-nəzərindən bəsit bir əngəl sayılmır. Çünki ailələr üçün şəxsi problemlər yaratmaqla bərabər, müəssisələr arasında kommersiya əlaqələrinə də ağır zərbə vuracaq”, - deyə, səfir qeyd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.