banner
banner

İdman

AVRO-2020: Yarımfinal mərhələsi start götürür

AVRO-2020:

Bu gün AVRO-2020-nin həlledici hissəsi start götürəcək.

Apasport.az saytının məlumatına görə, turnirin son 6 günündə yarımfinal və final görüşləri təşkil olunacaq. Bu matçların hamısı İngiltərənin paytaxtı Londonda keçiriləcək. Həlledici qarşılaşmalara “Uembli” ev sahibliyi edəcək.

İlk finalçı bu gün bəlli olacaq. İtaliya millisi İspaniya ilə qarşılaşacaq. Yeganə qitə çempionluğu 53 il öncəyə təsadüf edən apenninlilər üçqat Avropa çempionunu keçməyə çalışacaq.

İkinci yarımfinalçılardan biri meydan sahibləri olacaq. İlk qitə çempionluğunu doğma məkanda qazanmağa köklənən İngiltərə turnirin sürpriz komandası Danimarka ilə qarşılaşacaq. Qonaqlar 29 il əvvəlki nailiyyətini təkrarlamaq üçün futbolun yaradıcılarını keçməlidir.

Qeyd edək ki, iyulun 11-dəki final oyunu da “Uembli”də keçiriləcək.

AVRO-2020
Yarımfinal

6 iyul
23:00. İtaliya – İspaniya
London. “Uembli” stadionu

7 iyul
23:00. İngiltərə - Danimarka
London. “Uembli” stadionu

Final
11 iyul, 23:00
London. “Uembli” stadionu

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.