“Qarabağ” klubu futbolçusu Uroş Matiçlə yollarını ayırıb.
"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarıımmüdafiəçi ilə olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Köhlən atlar" göstərdiyi xidmətə görə oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Uroş Matiç ötən ilin yayından "Qarabağ"da çıxış edirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.