"Barselona"dan ayrılan Lionel Messini transfer etmək istəyən klubların sırasına daha biri əlavə olunub.
Qol.az "Daily Express"ə istinadən xəbər verir ki, "Tottenhem" argentinalı hücumçunu heyətinə qatmaq istəyir. London klubunun bu transfer üçün PSJ ilə mübarizə aparmağa hazır olduğu vurğulanıb.
Xəbərdə "Tottenhem"in baş məşqçisi Nunu Eşpiritu Santunun klubdan böyük transfer büdcəsi aldığı bildirilib. Messi transfer ediləcəyi halda, klubun Harri Keyni sata biləcəyi qeyd olunub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.