Böyük Britaniyanın cənub-qərbində yerləşən Plimut şəhərində atışma baş verib.
BAKU.WS xəbər verir ki, hadisə zamanı biri azyaşlı olmaqla, 6 nəfər həyatını itirib.
Silahlı qarşıdurmaya müdaxilə edən polis əməkdaşı da həlak olub.
Yerli mətbuatın yazdığına əsasən, hadisənin başvermə səbəbi ailə daxilində yaranan mübahisə olub. Mübahisə daha sonra silahlı qarşıdurma ilə nəticələnib.


