banner
banner

İdman

"Qarabağ" yenə şikayət edəcək

"Qarabağ" yenə şikayət edəcək
 

"Qarabağ" klubu "İnter" matçında ləğv edilən qola görə yenidən beynəlxalq məhkəməyə müraciət edəcək.
Cia.az-ın məlumatına görə, Ağdam təmsilçisi UEFA Avropa Liqasında "İnter" ilə qarşılaşmanın son dəqiqəsində vurduğu qolun sayılmamasından sonra İdman Arbitraj Məhkəməsinə (CAS) müraciə etmək barədə qərar qəbul edib.

Klubu CAS-da təmsil edəcək türk vəkil Qaye Günal "İnter" matçındakı epizodun ofsayt kimi qiymətləndirildiyini ifadə edib: "Normalda UEFA qaydalarına görə, hakim qərarlarına etiraz edilmir. Bunun açıq-aydın bir qayda pozuntusu olması səbəbiylə şikayətimizə baxıldı. Hazırda da CAS-a müraciət edərək UEFA-nın verdiyi qərarın ləğvini tələb edəcəyik.
Günal bildirib ki, CAS prosesi təxminən 5-6 aya qədər davam edəcək.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ" İtaliyanın "İnter" klubu ilə üz-üzə gəlmişdi. Matçın sonuncu dəqiqələrində Riçard Almeydanın qapıya yol tapmasına baxmayaraq, qol hesaba alınmayıb və oyun 0:0 hesabı ilə başa çatıb. Nəticədə isə ağdamlılar "pley-off"a vəsiqə qazanmaq şansından məhrum edilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.