banner
banner

İdman

"Qalatasaray" Martin Linneslə vidalaşdı

"Qalatasaray" Martin Linneslə vidalaşdı

"Qalatasaray" klubdan ayrılan futbolçusu Martin Linneslə vidalaşıb.

Qol.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İstanbul təmsilçisi 29 yaşlı müdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb.

Norveçli oyunçu karyerasını yerli "Molde" klubunda davam etdirəcək.

Qeyd edək ki, Linnes 2016-cı ildən "aslanlar"da çıxış edirdi. O, bu müddət ərzində 146 matçda 5 qol vurub və 17 qolun ötürməsini verib. Linnes klubda 2 dəfə Superliqa, 2 dəfə ölkə kuboku və 2 dəfə ölkə Superkubokunun qalibi olmaq sevincini yaşayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.