Britaniyadan TERROR XƏBƏRDARLIĞI: Əfqanıstana getməyin
Böyük Britaniya vətəndaşları Əfqanıstana səyahət etməkdən çəkinməlidirlər - oradakı təhlükəsizlik vəziyyəti son dərəcə qeyri-sabit olaraq qalır.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin səyahətlə əlaqədar yenilənmiş tövsiyəsində deyilib.
"Əfqanıstanda daimi olaraq terrorçuların hücumlarının yüksək təhlükəsi var", - məlumatda deyilir.
Britaniya vətəndaşlarının ölkədən çıxarılması əməliyyatının dayandırıldığı qeyd olunub. Bildirilib ki, eyni zamanda bölgədə, xüsusən də Kabildə hava limanı bölgəsində terror hücumlarının olma ehtimalı çox yüksək olaraq qalmaqdadır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.
Birləşmiş Ştatlar İran hakimiyyətinin Vaşinqtonun irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, Tehrana qarşı növbəti hərbi əməliyyat həyata keçirə bilər.