banner
banner

İdman

MDB Oyunları: Azərbaycan daha iki medal qazanıb

MDB Oyunları:

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycanın aktivinə daha 2 medal yazılıb. "Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, medallara tayboksçular sahib çıxıb.

Əli Əliyev 60 kq, Məhər Əsədzadə isə 63,5 kq çəki dərəcələrində fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

Daha bir tayboksçu, 67 kq çəkidə yer alan Rəvan Ağazadə isə finala yüksəlib. O, yarımfinalda Özbəkistan təmsilçisi Rəhimjon Boltaboyevə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl qadınların mübarizəsində Leyana Sayer (51 kq) da həlledici qarşılaşmada iştirak hüququna yiyələnib. Həm Ağazadə, həm də Sayer final görüşünü sentyabrın 8-də keçirəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.