banner
banner

Dünya

“Sərhəddə gərginliyi azaltmaq vacibdir” - Toivo Klaar

“Sərhəddə gərginliyi azaltmaq vacibdir” -

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana iki günlük səfərini başa vurub.

Cia.az xəbər verir ki, bu barədə Klaar öz rəsmi tviter hesabında məlumat paylaşıb.

“Arazdəyənə səfərim Azərbaycan və Ermənistanın döyüş mövqelərinin nə qədər yaxın olduqları ilə bağlı aydın təəssürat yaratdı. Danışıqlar üçün daha yaxşı mühitə töhfə vermək üçün sərhəddəki gərginliyi azaltmaq vacibdir. Avropa İttifaqı öz dəstəyini verməyə hazırdır”, - deyə Klaar vurğulayıb.

 

Qeyd edək ki, Toivo Klaar Ermənistana səfəri çərçivəsində ölkənin xarici işlər naziri Ararat Mirzoyan və Baş nazir Nikol Paşinyan ilə görüşüb.

Onun Azərbaycana da səfəri gözlənilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.