banner
banner

Dünya

Ukrayna Prezidenti: "Atəşlə məni "salamlamaq" istəyiblər"

Ukrayna Prezidenti:

“Meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”.

Cia.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski birinci müşaviri Sergey Şefirə sui-qəsdlə bağlı videomüraciətində bildirib.

“BMT Baş Assambleyasında çıxışımdan sonra paytaxta (Kiyevi nəzərdə tutur-red.) yola düşəcəyəm. Açığı, bunun (sui-qəsdi nəzərdə tutur - red.) arxasında kimin durduğunu bilmirəm. Hansı qüvvələr ola bilər? Daxili və ya xarici? Mən onları qüvvə saymıram. Çünki meşədən dostumun avtomobilinə atəş açmaqla məni “salamlamaq” zəiflikdir”, - V.Zelenski deyib.

O, cinayətkarlara, böyük maliyyə qruplarına qarşı mübarizədə, ölkə iqtisadiyyatında bərabər şəraitin yaradılmasında komandasının kursunun dəyişməz olduğunu, hadisənin bu prosesə təsir etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də Kiyev vilayətinin Lesniki kəndində naməlum şəxslər Ukrayna Prezidentinin birinci müşaviri S.Şefirin avtomobilini atəşə tutublar. Sürücü ağır yaralanıb, müşavirə heç bir xətər toxunmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.