Bu gün futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Cia.az xəbər verir ki, “Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.
Görüş qonaqların minimal hesabla qələbəsi ilə yekunlaşıb - 1:0.
Oyunda yeganə qolun müəllifi matçın 53-cü dəqiqəsində Qabriel Jesus olub. O, Joao Kanselonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.
Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub - 1:0.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb